“Neftçi” Ervin Koffi ilə yollarını ayırdı

“Neftçi” futbol klubunda növbəti ayrılıq baş verib.
Komandanın müdafiəçisi Ervin Koffi ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, fil dişi sahilli futbolçu 2023-cü ilin yayında “Neftçi”yə transfer olunmuşdu. O, bu müddət ərzində 75 rəsmi oyuna çıxıb, 3 qolla yadda qalıb.
