Gənc cüdoçularımız Berlin təlim-məşq toplanışına qatılıb

Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandamız Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Praqa Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
