Coşqun Nadirov “IMERETI OPEN 2025” turnirinin Təşkilat Komitəsinə rəhbərlik edəcək

Azərbaycan Taekvondo Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət olunub.
26–29 iyun tarixlərində baş tutacaq yarışın təşkilinə və idarə olunmasına azərbaycanlı mütəxəssisin cəlb olunması, ölkəmizin taekvondo sahəsindəki artan beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Coşqun Nadirov bir sıra nüfuzlu beynəlxalq yarışlarda hakim qismində uğurla çıxış etmiş, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssisdir.
