“İmişli”dən beş futbolçu ayrılıb

Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək “İmişli” futbol klubu heyətində dəyişikliklərə başlayıb.

Komandadan verilən məlumata görə, Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədov klubdan ayrılıblar. Onlarla mövsümün sonunda başa çatan müqavilələr uzadılmayıb.

Qeyd edək ki, “İmişli” yay fasiləsində yeni baş məşqçi təyinatı ilə yanaşı, heyət formalaşdırılması istiqamətində də islahatlara start verib.

Müəllif: Bəhruz MƏMMƏDOV