Avropada uğurlu finiş: Atletlərimiz çempionatı 6-cı sırada tamamladı

Sloveniyanın Maribor şəhərində keçirilən Avropa komandalar arası çempionatına yekun vurulub.

Azərbaycan yığması yarışı 6-cı pillədə başa vurub.

Ümumi nəticələrə görə millimiz 312.5 bal toplayıb. Komandamız 15 ölkə arasında 6-cı yerdə qərarlaşıb. Atletlərimiz son yarış günündə 3 dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Azərbaycan yığması üzvlərinin göstərdiyi nəticələr:

Yekaterina Sariyeva - Üç təkanla tullanma - 1-ci yer - 13.87 m

Əlhəm Nağıyev - 200 m - 1-ci yer - 20.75 san

Rüstəm Məmmədov - Üç təkanla tullanma - 1-ci yer - 16.31 m

Lamiyə Vəliyeva - 200 m - 2-ci yer - 23.58 san (Yeni Azərbaycan rekordu)

İsmail Əliyev - lövhə atma - 5-ci yer - 50.66 m

Cavid Məmmədov, Lamiyə Vəliyeva, İlahə Quliyeva, Novruz Əsədli - 4x400 m qarışıq estafet qaçışı - 6-cı yer - 3:29.57 dəq

Anna Yusupova - 1500m - 7-ci yer - 4:37.87 dəq

Bəxtiyar Əsgərli - 800m - 7-ci yer - 1:53.96 dəq

Səkinə Hacızadə - Nüvə itələmə - 7-ci yer - 12.33 m

Orxan Qasımov - Nizə atma - 7-ci yer - 54.51 m

Cabir Əliyev - Şüvüllə tullanma - 9-cu yer - 3.10 m

Nərmin İsmayılova - Çəkic atma - 10-cu yer - 31.56 m

Anna Yusupova - 5000 m - 10-cu yer - 20:22.02 dəq

Zəhra Bayramova - hündürlüyə tullanma - 11-ci yer - 1.45 m

Elcan Cəfərov - 110 m sədlərlə qaçış - 11-ci yer - 20.29 san

Ləman İsfəndiyarova - 100 m sədlərlə qaçış - 12-ci yer - 17.67 san

Əmrah Nağıyev - 3000m məneələrlə qaçış - 11-ci yer - 10:08.06 dəq

Müəllif: Bəhruz MƏMMƏDOV