Azərbaycan avarçəkməçiləri Dünya Kubokunda mübarizə aparacaq

İyunun 27–29-da İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kuboku keçiriləcək.
Mötəbər turnirdə 44 ölkədən 500-dən artıq avarçəkən iştirak edəcək.
Azərbaycan bu nüfuzlu yarışda 6 idmançı ilə təmsil olunacaq. Bəhmən Nəsiri, Ziya Məmmədzadə, Murad Sadıxov, Fyodor Tixanov, Nikita Eskin və Lev Dobriantsev medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Dünya Kuboku Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq baxımından da əhəmiyyətli yarışlardan biri sayılır.
