“Neftçi” paraqvaylı futbolçunu transfer edib

“Neftçi” komandası növbəti transferini rəsmiləşdirib.

Klubdan verilən məlumata görə, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis heyətə cəlb olunub. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

O, bu vaxtadək yalnız vətənində “Sportivo Ameliano” klubunda çıxış edib. Bu il meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Müəllif: Bəhruz MƏMMƏDOV