Avarçəkmə üzrə açıq Bakı çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı çempionatı keçirilib. Yarışda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançı iştirak edib. Reqlamentə əsasən yarış iştirakçıları kayak növündə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar. Gərgin və maraqlı anlarla yadda qalan açıq Bakı çempionatının qalibləri diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, açıq Bakı çempionatı və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdir.
Yarışın texniki nəticələri aşağıdakı kimidir:
K1 500m oğlanlar FİNAL (2007-2008)
1. NİYAZ MƏLİKOV
2. ELVİN ƏLİYEV
3. RÜFƏT HƏSƏNZADƏ
1X500m oğlanlar FİNAL (2007-2008)
1. TUNAR MƏMMƏDZADƏ
2. NİYMƏT HƏSƏNOV
3. İSMAYIL ŞİRİNOV
K1 500m oğlanlar FİNAL (2009-2010)
1. İVAN VOROBJANSKİY
2. VACİB BABAYEV
3. NURAN RƏHİMLİ
1X500m oğlanlar FİNAL (2009-2010)
1. SABİT ABDULLAYEV
2. MƏHƏMMƏD ƏLİZADƏ
3. MƏHƏMMƏD HƏSƏNOV
K1 500m oğlanlar FİNAL (2011-2012)
1. ELMİR TARVERDİYEV
2. MUSTAFA VƏLİZADƏ
3. SƏNAN CƏFƏRZADƏ
1X500m qızlar FİNAL (2008-20010)
1. FATİMƏ MƏHƏRRƏMLİ
2. SARA MİRZƏYEVA
3. ANNA KOROBKOVA
K2 500m oğlanlar FİNAL (2007-2008)
1. NİYAZ MƏLİKOV, ELVİN ƏLİYEV
2. ŞAHİN İSAYEV, NİHAD QULİYEV
3. EMİL ZEYNALOV, ƏLİ ƏLİYEV
1X500m oğlanlar FİNAL (2011-2012)
1. YUSİF ƏLİYEV
K2 500m oğlanlar FİNAL (2009-2010)
1. HÜSEYN HƏSƏNOV, İVAN VOROBJANSKİY
2. VACİB BABAYEV, BİLAL ƏLİYEV
3. SAHİB ƏYYUBZADƏ, NURAN RƏHİMLİ
C1 500m oğlanlar FİNAL (2009-2010)
1. HÜSEYN SƏMƏDLİ
2. FƏXRİ SADIQLI
3. RÜSTƏM ƏSGƏROV
K2 500m oğlanlar FİNAL (2011-2012)
1. MUSTAFA VƏLİZADƏ, ELMİR TARVERDİYEV
2. ƏZİZ ƏHMƏDLİ, SƏNAN CƏFƏRZADƏ
3. TAHİR MÖVSÜMOV, KAMAL TAĞIYEV
