Kişi cütlüyümüz Dünya kuboku seriyasının qalibi oldu

Akrobatika gimnastikası üzrə gimnastlarımız Murad Rəfiyev vəDaniel Abbasov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən2025-ci il Dünya kuboku seriyasının qalibi elan ediliblər.

Kişi cütlüyümüz bu mövsüm ərzində Purs (Belçika), Burqas (Bolqarıstan), Bakı (Azərbaycan) və Jeşuv (Polşa) şəhərlərindəkeçirilən Dünya kuboku mərhələlərində iştirak edərək stabil vəyüksək nəticələr göstəriblər. Ümumilikdə toplanan xallarnəticəsində seriya üzrə ən yüksək nəticəyə sahib olublar.

Gimnastlarımızı bu uğur münasibətilə ürəkdən təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV