Çövkən Peşəkar Liqası İDMAN TV-də!

Azərbaycanın qədim və milli idman növü olan Çövkən üzrə Peşəkar Liqanın oyunları İDMAN TV-də yayımlanacaq.
Tarixi ənənələri yaşadan bu idman növünün oyunları yeni mövsümdən etibarən izləyicilərə təqdim olunacaq.
Tamaşaçılar milli irsimizin idmanla qovuşduğu anlara ekran qarşısında şahidlik edəcəklər.
