VÜQAR DAŞKƏNDDƏ BİRİNCİ OLDU
ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Qran-Pri” yarına start verilib. Yarışın ilk günündə millimiz aktivinə bir medal yazdırıb.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli finala qədər Tacikistan və Özbəkistan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə isə Şirinli rusiyalı İslam Yaşuyev üzərində qələbə qazanaraq qızıl medala sahib olub.
Xatırladaq ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.