Belçika Qran-prisinin qalibi Oskar Piastri oldu

"Formula 1" üzrə mövsümün növbəti mərhələsi – Belçika Qran-prisi başa çatıb.

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri yarışın qalibi olub. Bu, onun Formula 1 karyerasında mühüm uğurlardan biri hesab olunur.

Piastrinin komanda yoldaşı Lando Norris finişə ikinci çataraq komandasına ikiqat podium sevinci yaşadıb.

İlk “üçlüy”ü isə “Ferrari”nin sürücüsü Şarl Lekler tamamlayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV