AFFA rəsmiləri FIFA sammitində

Bu gün ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir.

Tədbirdə AFFA-nı prezident Rövşən Nəcəf və baş katib Cahangir Fərəcullayev təmsil edirlər. Tədbir iştirakçılarına 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlıq, klublararası dünya çempionatı, eləcə də, gələcək layihələr haqqında məlumat verilib.

Müəllif: Bəhruz MƏMMƏDOV