B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb

ESTAFET/ AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi başlayıb.
Milli assosiasiyanın rəsmi saytının xəbərinə görə, dörd gün davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik edirlər.
Qeyd edək ki, məşqçi kursunun 2-ci modulu 8-11 sentyabr tarixlərində baş tutacaq.
