UEFA superkubokunun qalibi müəyyənləşir

ESTAFET/ UEFA superkubokunun qalibi bu gün müəyyənləşəcək.

Həlledici matçda Fransanın PSJ və İngiltərənin "Tottenhem" klubları üz-üzə gələcəklər.

Qarşılaşma İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşün baş hakimi Juan Pineyru (Portuqaliya) olacaq. Azərbaycanlı FIFA referisi Elçin Məsiyev matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, "Tottenhem" isə Avropa Liqasının qalibi olub.

Müəllif: Natiq NƏSİROV