AFFA rəsmisi Çempionlar Liqasına təyinat aldı

ESTAFET/ AFFA-nın qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva beynəlxalq təyinat alıb.
Bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
O, 2025/2026 mövsümündə qadınlar arasında Çempionlar Liqası çərçivəsində Albaniyada keçiriləcək miniturnirin UEFA nümayəndəsi olacaq.
