Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub

Azərbaycan Tennis və Padel Federasiyası tərəfindən təşkil olunan Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub. Sea Breezedə keçirilən yarışda həm kişi, həm qadın idmançılar mübarizə aparıb. Kişilərin yarışında birinci yeri Yusif Rzayev və Tamerlan Əzizov, ikinci yeri Rəsul Qocayev və Oleq Zagorodnev , Orxan Manaflı və İlyas Həsənli cütü isə 3-cü yeri  tutub. Qadın idmançıların mübarizəsində Yelizaveta Sokolova və Sofiya Sokolova birinci,Mehin Qocayeva və Fatimə İbrahimova ikinci ,Billur Quliyeva və Leyla Almisakova cütü üçüncü olub.

Müəllif: Bəhruz MƏMMƏDOV