İNTİZAM KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən növbəti iclasında aşağıdakı qərarlar qəbul olundu:

 

Topaz Premyer Liqasının VII turunun “Qəbələ” - “Kəpəz” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

I Divizionun I turunun “Xəzər” - “Mil-Muğan” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 15 №-li futbolçusu Viqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

Oyunun 76-cı dəqiqəsində “Xəzər” klubunun 7 №-li futbolçusu Anar Babayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun I turunun “Turan Tovuz” - “Şüvəlan” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).