AZƏRBAYCAN KUBOKUNUN PÜŞKÜ ATILDI
ESTAFET/ Bu gün Azərbaycan Kubokunun 2017/18 mövsümünün püşkü atıldı. Topaz Premyer Liqasının 8, Azərbaycan I Divizionunun 10 komandasının iştirak edəcəyi yarışın püşkatma mərasimi AFFA-nın inzibati binasında reallaşıb. Mərasimdə klub nümayəndələri, jurnalistlər iştirak edirdilər.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qonaqları salamladıqdan sonra püşkatma mərasiminə keçilib.
Qeyd edək ki, Azərbaycan Kuboku yarışı 1/16 final mərhələsindən başlanacaq. Yarışın ¼ final mərhələsindən etibarən oyunlar ev-səfər prinsipi əsasında baş tutacaq. Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu 28 may Respublika günündə baş tutacaq.
Azərbaycan kuboku
2017/2018-ci illər mövsümü
1/16 final: 11 oktyabr 2017-ci il
1. “Ağsu” - “Mil-Muğan”
2. MOİK - “Turan Tovuz”
1/8 final: 29 noyabr 2017-ci il
3. “Qəbələ” – 1-ci cütün qalibi
4. “Şüvəlan” - “Səbail”
5. “Zirə” - “Xəzər”
6. “Neftçi” - “Zaqatala”
7. 2-ci cütün qalıbi - “İnter”
8. “Kəpəz” - “Binə”
9. “Qarabağ” - “Qaradağ Lökbatan”
10. “Sumqayıt” - “Sabah”
1/4 final: 10-11/14-15 dekabr 2017-ci il
11. 3-cü cütün qalibi - 4-cü cütün qalibi
12. 5-ci cütün qalibi - 6-cı cütün qalibi
13. 7-ci cütün qalibi - 8-ci cütün qalibi
14. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
1/2 final: 11/18 aprel 2018-ci il
15. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
16. 13-cü cütün qalibi – 14-cü cütün qalibi
Final: 28 may 2018-ci il
17. 15-ci cütün qalibi – 16-cı cütün qalibi