İNGİLİSLƏRİN CASUS QORXUSU

ESTAFET/ İngiltərənin futbol üzrə yığma komandası gələn il Rusiyada keçiriləcək Dünya Çempionatı zaman mehmanxana nömrələrində ehtimal olunan casusluqdan ehtiyatlanır. Bu barədə İngiltərənin nüfuzlu "The Sun" nəşri yazıb. 


Nəşrin məlumatına görə, ehtimal olunan belə bir təhlükənin qarşısının alınması üçün milli komanda heyəti ilə birlikdə Rusiyaya xüsusi qrup yollanacaq. Mütəxəssislər mehmanxana otaqlarında dinləmə cihazlarının olub-olmamasını yoxlayacaqlar. İngilislər rus xüsusi xidmət orqanlarının belə dinləmə cihazları vasitəsilə onların komandalarının taktiki hazırlıqları haqda məlumat əldə edə biləcəklərindən və həmçinin oyunlara hazırlıq proseslərinə mane olacaqlarından ehtiyatlanırlar.