"Formula 1" Monako Qran-prisi ilə müqaviləni 2035-ci ilə qədər uzatdı

"Formula 1" rəhbərliyi Monako Qran-prisinin təşkilatçıları ilə mövcud müqavilənin müddətini 2035-ci ilə qədər uzadıb.
Məlumatı turnirin mətbuat xidməti yayıb. Əvvəlki razılaşmaya əsasən, yarışın keçirilməsi 2031-ci ilə qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, 2025-ci il Monako Qran-prisi mayın 23–25-də baş tutub. Yarışın qalibi "McLaren" komandasının britaniyalı pilotu Lando Norris olub.

