İtaliya Qran-prisində təsnifat mərhələsinin qalibi Maks Ferstappen oldu

"Formula 1" üzrə İtaliya Qran-prisinin təsnifat mərhələsi başa çatıb.

Yarışın nəticələrinə əsasən, "Red Bull" komandasının sürücüsü Maks Ferstappen ən sürətli nəticə göstərərək birinci yeri tutub. Onun ardınca "McLaren"in pilotları Lando Norris ikinci, Oskar Piastri isə üçüncü pillədə qərarlaşıb.

Qran-pri "Autodromo Nazionale Monza" trekində keçirilir. Əsas yarış sentyabrın 7-də Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV