“Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”

Misli Premyer Liqasının III turunun “Araz-Naxçıvan” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
“Əvvəlcə "Qarabağ"ı və keçmiş komandam "Kayrat"ı Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundur ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardır. Amma məndə geri çəkilmək yoxdur. Çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.
