Toto Volf: Azərbaycan Qran-prisində ön sıralarda mübarizə apara bilərik

“Mercedes” komandasının rəhbəri Toto Volf Azərbaycan Qran-prisi ərəfəsində komandasının məqsədlərindən danışıb.

Volf Bakıda baş tutacaq yarışın çətinliyinə diqqət çəkərək bildirib:

“Komandalar arasında rəqabət çox güclüdür. Buna görə Azərbaycan Qran-prisində hər bir detal böyük əhəmiyyət daşıyacaq. Əgər tam gücümüzlə çıxış etsək, bu həftəsonu ön sıralarda mübarizə aparmaq imkanımız olacaq”.

Komanda rəhbəri əlavə edib ki, Bakı trasının özünəməxsusluğu sürücülər üçün ciddi sınaq olacaq:

“Rəqiblərimizi qabaqlaya bilmək üçün İtaliya mərhələsindən daha yaxşı çıxış etməliyik. Bakı trası çox mürəkkəbdir. Burada kəskin dönmələr, qala yaxınlığında isə dolanbaclı hissə var. Bu, həm avtomobillərimiz, həm də pilotlarımız üçün yaxşı imtahan olacaq”.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 19–21-də keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV