2026-cı ilin Güləş üzrə Avropa və dünya çempionatlarının tarixi və məkanı təsdiqləndi

ESTAFET/ Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı zamanı 2026-cı il üçün güləş təqvimi təsdiqlənib.

Belə ki, güləş üzrə bütün yaş qruplarında dünya və Avropa çempionatlarının keçiriləcəyi şəhərlər və tarixlər açıqlanıb.

Böyüklər arasında dünya çempionatı Bəhreynin Manama şəhərində, Avropa çempionatı isə Albaniyanın paytaxtı Tiranada keçiriləcək.

17 yaşadək güləşçilər isə dünyanın ən güclülərini paytaxtımızda müəyyən edəcəklər.

Tam təqvim isə aşağıdakı kimidir:

U-15:
Avropa çempionatı — Samokov, Bolqarıstan (20-24 may)

U-17:
Avropa çempionatı — Samokov, Bolqarıstan (11-17 may)
Dünya çempionatı — Bakı, Azərbaycan (27 iyul — 2 avqust)

U-20:
Avropa çempionatı — Skopye, Şimali Makedoniya (6-12 iyul)
Dünya çempionatı — Мanama, Bəhreyn (17-23 avqust)

U-23:
Avropa çempionatı — Zrenyanin, Serbiya (9-15 mart)
Dünya çempionatı — Las-Veqas, ABŞ (12-18 oktyabr) 

Böyüklər:
Avropa çempionatı — Tirana, Albaniya (20-26 aprel) 
Dünya çempionatı — Manama, Bəhreyn (5-13 sentyabr) 

Müəllif: Natiq NƏSİROV