FIFA-dan Ukrayna klubuna transfer qadağası

ESTAFET/ FIFA Ukraynanın "Vorskla" klubuna transfer qadağası qoyub.

Bu barədə ali futbol qurumu məlumat yayıb.

Sentyabrın 16-dan qüvvəyə minən məhdudiyyət növbəti üç transfer dönəmini əhatə edəcək.

Beləliklə, "Vorskla" yeni oyunçuları qeydiyyatdan keçirə bilməyəcək.

"Vorskla" Ukrayna 1-ci Liqasında 8 xalla 7-ci pillədə qərarlaşıb.

Müəllif: Məsim MƏSİMZADƏ