Azərbaycan klubları ÇL-ə qələbə ilə başladılar

ESTAFET/ Azərbaycan klubları "Zirə" və "Birbaşa Bakı" komandaları minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıblar.
C qrupunda yer alan "Zirə" Macarıstanın "Budapeşt" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Birbaşa Bakı" isə F qrupunda Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb - 4:1.
Çempionlar Liqasının oyunları Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunur.
