“Neftçi”nin şikayəti təmin edilmədi

ESTAFET/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun apellyasiya şikayətini təmin etməyib.

Milli assosiasiyanın rəsmi saytının məlumatına görə, AFFA İntizam Komitəsinin sentyabrın 3-də verdiyi qərar qüvvədə saxlanılıb. 

"Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları Premyer Liqanın 3-cü turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 3000 manat cərimə tətbiq edilib. 

Müəllif: Natiq NƏSİROV