Gələcəyin çempionları Boccia ilə ilk addımlarını atdı

Bu gün Boccia Mərkəzi xüsusi bir enerjiylə doldu! Boccia ailəmizin yeni üzvləri 20 nəfər istedadlı güclü iradəli uşaqlar və 20 nəfər onların valideynləri mərkəzimizə təşrif buyurdu.

Gün boyunca uşaqlara Boccia oyununun qaydaları izah olundu, maraqlı və interaktiv oyunlar keçirildi. Gözlərindəki maraq, oyuna olan diqqət və hər uğurlu atışdan sonra üzlərində yaranan təbəssüm hər biri bu günün necə yaddaqalan olduğunu sübut etdi.

Boccia İdman Federasiyasının vitse-prezidenti , baş məşqçisi İlham Məhərrəmov da uşaqlarla görüşdü, onları salamladı və bu gözəl günə öz töhfəsini verdi. Onun səmimi yanaşması, motivasiya dolu söhbətləri uşaqlarda həm maraq, həm də idmana sevgi yaratdı.

Bu gün bir daha gördük ki, Boccia təkcə bir idman növü deyil — bu, birlikdir, motivasiyadır, inamdır!

Gələcəyin paralimpiyaçılarını mərkəzimizdə görmək böyük sevinc idi.

Hər zaman qapımız sizə açıqdır!

Sonda Dinara xanıma yaratdığı gözəl fürsət üçün təşəkkürümüzü bildiririk.

Müəllif: Bəhruz MƏMMƏDOV