Stolüstü tennis üzrə yarışlara start verilir - III MDB Oyunları

ESTAFET/ Bu gün Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları başlayır.

İlk gündə kişilər və qadınlar arasında komanda yarışları keçiriləcək. Yarışların ilk günündə finalçılar müəyyənləşəcək. Kişilərdə 1/4 finalda Rusiya və Belarus qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda Qazaxıstanla görüşəcək. Digər yarımfinalda isə Azərbaycan və Özbəkistan mübarizə aparacaq.

Qadınlarda yarışlar yarımfinaldan start götürür:

Özbəkistan – Rusiya

Belarus – Azərbaycan

Yarımfinalın qalibləri ertəsi gün finalda qarşılaşacaq, məğlub olanlar isə III MDB Oyunlarının bürünc medalçıları olacaq.

Müəllif: Natiq NƏSİROV