Daha iki nümayəndə heyəti Azərbaycana gəlib - III MDB Oyunları

ESTAFET/ III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə davam edirlər.

Bu gecə Belarus və Qazaxıstandan olan idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş ediblər. Onlar üzgüçülük, boks və atıcılıq idman növlərində mübarizə aparacaqlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.

Müəllif: Natiq NƏSİROV