Rivaldodan Yamala tövsiyə

ESTAFET/ Dünya futbolunun braziliyalı əfsanəsi Rivaldo, “Barseona”nın 18 yaşlı ispaniyalı ulduz hücumçusu Lamin Yamala “Qızıl top”u qazanması üçün tövsiyə verib.

Rivaldonun tövsiyəsi aşağıdakı kimi olub: 

“Mükafatı qazanması üçün Yamalın çoxlu qol vurması və məhsuldar ötürmələr verməsi vacibdir. Onun yalnız oyun səviyyəsinə deyil, statistiki göstəricilərinə də baxacaqlar”, deyə Rivaldo vurğulayıb.

Müəllif: Orxan NOVRUZOV