“Kroosa futbolu mən başa salmışam” - Vidal

ESTAFET/ “Kolo-Kolo”nun 38 yaşlı çilili mərkəz yarımmüdafiəçisi Arturo Vidal alman keçmiş yarımmüdafiəçi Toni Kroosun “Bayer”də çıxış edərkən, futbolda çox şeyi ondan öyrəndiyini iddia edib.
“Toni Kroos çox şeyi məndən öyrənib. O, texniki baxımdan yaxşı idi, amma dəqiqliyi əskik idi. Toni mənim və Renato Auqustonun yanına gəldi, biz futbolun nə demək olduğunu ona başa saldıq” - deyə Vidal vurğulayıb.
