Üç boksçumuz yarışlara qələbə ilə başlayıb - III MDB Oyunları

ESTAFET/ Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları başlayıb.

Azərbaycanlı boksçu Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.

Digər boksçumuz Cəmilə Muradlı da (54 kq) Niqora Yusupovaya (Tacikistan) qalib gəlib və yarımfinala çıxıb.

63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Boqdan Şaşlıkova (Belarus) qalib gəlib (3:2) və yarımfinala yüksəlib.

Müəllif: Natiq NƏSİROV