FİF-in nümayəndələri Qusar şəhərində səfərdə olublar

Futbolun İnkişaf Fondunun nümayəndələri Qusar şəhərində səfərdə olublar.

Səfər çərçivəsində Fondun icraçı direktoru Tural Piriyev və "Şahdağ Qusar" futbol klubunun kapitanı Rahid Əmirquliyev Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov ilə görüşüblər.

Görüş zamanı icra başçısına “Şahdağ Qusar”ın hazırki vəziyyəti, növbəti mövsümə hazırlıq planları barədə məlumat verilib, klubun dayanıqlı inkişafı və maliyyə kanallarının yaradılması ilə bağlı FİF-in dəstək istiqamətləri müzakirə olunub.

Səfər zamanı bir sıra yerli sahibkarlarla da görüşlər keçirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV