“Şirvan” futbol klubuna dəstək tədbiri keçirilib

Avqustun 7-də Futbolun İnkişaf Fondu və "Şirvan" futbol klubunun təşkilatçılığı ilə “Şirvan”a dəstək” tədbiri keçirilib.

Şirvan şəhər Gənclər Evində baş tutan tədbirdə icra başçısı, yerli sahibkarlar, ictimaiyyət nümayəndələri və klubun əməkdaşları iştirak edib.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin VI çağırışı üzrə deputatı İltizam Yusifov çıxış ediblər. Klubun tarixi və hazırki durumu haqda “Şirvan” FK-nın prezidenti Ramil Tağıyev məlumat verdikdən sonra FİF-in icraçı direktoru Tural Piriyev fondun regionlardakı fəaliyyəti, “Şirvan” futbol klubu ilə birgə planlar və kluba dəstək imkanları barədə təqdimatla çıxış edib.

Müəllif: Bəhruz MƏMMƏDOV