Üzgüçümüz gümüş medal qazandı - III MDB Oyunları

ESTAFET/ Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

Bu gün keçirilən 800 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə ikinci yeri tutub.

Rusiyalı Aleksandr Filipets qızıl, onun həmyerlisi Boqdan Toropkin bürünc mükafata sahib çıxıb.

Müəllif: Natiq NƏSİROV