Tural Piriyev və Seymur Orucov Futbolun İnkişafı ilə Bağlı görüşdülər

Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovla görüşüb. Görüş zamanı icra başçısına Fondun fəaliyyəti və digər bölgələrdə həyata keçirilən işlər barədə məlumat verilib. Daha sonra 2025/2026-cı illər mövsümündən II Liqada çıxış edəcək Ağstafa Gəncləri FK ilə bağlı planlar, mövcud problemlər və mümkün dəstək istiqamətləri müzakirə edilib. İcra Hakimiyyətinin başçısı stadionda olan çatışmazlıqların aradan qaldırılması üçün tam dəstək göstərəcəyini bildirib.

Səfər çərçivəsində klub nümayəndələri və bir sıra yerli sahibkarlarla da görüşlər keçirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV