GƏNC AĞIRLIQQALDIRANLARIMIZ QİTƏ ÇEMPİONATINA YOLLANIR
ESTAFET/ 15-22 oktyabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edəcəklər.
Çempionatda iştirak edəcək yığmamızın heyəti aşağıdakı atletlərdən təşkil olunub:
Yaşı 20-yə qədər olan atletlərimiz (U-20)
Qadın: Elnarə Abbasova (63 kq).
Kişilər: Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq), Hüseyn İsmayılov (94 kq).
Yaşı 23-ə qədər olan atletlərimiz (U-23)
Qadın: Mərziyyə Məhərrəmova (48 kq).
Kişilər: Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq).