Süleyman komandamıza 8-ci qızılı qazandı

ESTAFET/ Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

Bu gün keçirilən 400 metr məsafədə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Süleyman İsmayılzadə birinci yeri tutub.

Rusiyalı Aleksandr Filipets gümüş, onun həmyerlisi Boqdan Toropkin isə bürünc medala sahib çıxıb.

Müəllif: Natiq NƏSİROV