Üzgüçülərimiz Oyunları 13 medalla başa vurdu

ESTAFET/ Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları yekunlaşıb.
Bu gün keçirilən 1 500 metr məsafəyə sərbəst üsulla üzməkdə azərbaycanlı üzgüçü Anastasiya Gnussina üçüncü yerə çıxıb.
Rusiyalı Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci olub.
Qeyd edək ki, azərbaycanlı idmançılar üzgüçülük yarışlarını 13 medalla (2 qızıl, 5 gümüş, 6 bürünc) başa vurub.
