Qarışıq komanda yarışının qalibi Rusiya oldu

ESTAFET/ III MDB Oyunlarında badminton üzrə qarışıq komanda yarışının qalibi müəyyənləşib.
Finalda Özbəkistan Rusiya ilə qarşılaşıb.
Qəbələ Olimpiya Kompleksində baş tutan görüşdə Rusiya qalib gəlib - 3:0.
Xatırladaq ki, ötən gün yarımfinalda uduzan Azərbaycan millisi bürünc medalla kifayətlənib.
Badminton yarışlarına oktyabrın 5-də yekun vurulacaq.
