İki boksçusu 1/4 finalda -

ESTAFET/ Azərbaycanın iki təmsilçisi Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.

Bilalhəbaşi Nəzərov (50 kq) Kurt Makintireni (İrlandiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:24, 30:27).

O, növbəti görüşündə Maksim Şlyakov (Ukrayna) ilə üz-üzə gələcək. Döyüş oktyabrın 4-də olacaq.

Zidan Hümbətov (55 kq) isə Ahmet Yılmazdan (Türkiyə) güclü olub. Təmsilçimiz rəqibini 5:0 (28:27, 29:26, 29:26, 30:25, 29:26) hesabı ilə məğlub edib. Hümbətov 1/4 finalda Saşa Menkaroni (İtaliya) ilə döyüşəcək. Görüş oktyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV