9 karateçimiz yarımfinalda - III MDB Oyunları

ESTAFET/ Azərbaycan karateçiləri III MDB Oyunlarında yarımfinala vəsiqə qazanıblar.
Fərdi mübarizədə İnci Əzizova (50 kq), Fərid Savadov (60 kq), Nəzrin Priyeva, Mədinə Sadiqova (hər ikisi 55 kq), Aslan Dostuyev, Nuran Rzazadə (hər ikisi 67 kq), katada Ramilə Heydərova, Rövşən Əliyev və Roman Heydərov bu mərhələyə adlayıblar.
Qeyd edək ki, bu gün Mingəçevirdə start götürən karate yarışları sabah başa çatacaq.
