Futbol üzrə yarışlarda 3-cü və 5-ci yerin sahibləri müəyyənləşib - III MDB Oyunları

ESTAFET/ III MDB Oyunları çərçivəsində Qəbələ şəhər stadionunda keçirilən futbol üzrə yarışlarda daha iki görüş baş tutub.
5-ci yer uğrunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.
Matç Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Bürünc medal uğrunda oyunda isə Belarus yığması Tacikistana qalib gəlib – 2:0.
Qeyd edək ki, futbol yarışlarına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.
