Vinisius milliyə çağırılmasını şərh etdi

ESTAFET/ “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior Braziliya millisinə çağırış almasını şərh edib.
“Vini” bu barədə özünün sosisal şəbəkə hesabı üzərindən yazı dərc edib:
“Yaponiya və Koreya, tezliklə görüşənədək”, – Vinisius paylaşıb.
Xatırladaq ki, milli yığma komandaların oktyabr ayında nəzərdə tutulmuş beynəlxalq fasiləsi müddətində Braziliya millisi Yaponiya və Cənubi Koreya Respublikasının milli yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.
