Çövkən yığmamız finalda - III MDB Oyunları

III MDB Oyunları çərçivəsində Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal matçı baş tutub.
Azərbaycan millisi Qazaxıstana qalib gələrək (5:1) finala vəsiqə qazanıb.
Komandamızın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan – Özbəkistan oyunundan sonra bəlli olacaq.
Qeyd edək ki, çövkən yarışlarına oktyabrın 7-də yekun vurulacaq.
