KAÇ-2017: QADINLAR GÜMÜŞ, KİŞİLƏR BÜRÜNC MEDAL QAZANDILAR
ESTAFET/ Bu gün Antalyada (Türkiyə) şahmat üzrə klublararası Avropa Çempionatına yekun vurulacaq. Belə ki, zəka ustaları bu gün həlledici - VII turun oyunlarına çıxır. 
 
Xəbər verdiyimiz kimi, Azərbaycanın həm kişilər, həm də qadınlar arasında "Odlar Yurdu" komandaları ilə mübarizə aparırdı.
 
Son turadək yarışın vahid lideri olan kişilərdən ibarət komandamız təəssüf ki, həlledici məqamda Çexiyanın "Ave Novı Bor" komandasına 3,5:2,5 hesabı ilə  məğlub olublar. Komandamızla birlikdə çexlər və Makedoniyanın "Alkaloid" klubu da eyni - 11 xal toplamışdılar. Lakin əlavə göstəricilərə görə makedonlar gümüş, komandamız isə bürünc medallara sahib olublar. Çempionatın qalibi adını isə 12 xalla Şəhriyar Məmmədyarovun da şərəfini qoruduğu Rusiyanın "Qlobus" komandası qazanıb.
 
Qadınlardan ibarət komandamız isə son turda Türkiyə təmsilçisi "Mərmərə" komandası üzərində 2,5:1,5 hesablı qələbə qazanaraq xallarını 11-ə yüksəldiblər. Eyni xala malik olan gürcülərin "Batumi Chess Club NONA" komandası sadəcə əlavə göstəricilərə görə çempionatın qalibi olublar. Komandamız gümüş medallarla kifayətlənib. 
 
Son turun görüşləri və nəticələri təqdim edirik.

 

KAÇ-2017: KİŞİLƏR, VII TUR

 

AVE Novı Bor (CZE) - Odlar Yurdu (AZE)  3,5:2,5

Radoslav Voytaşek (2737) - Arkadiy Naydiç (2702) 0,5:0,5  

Pentala Harikrişna (2733) - Rauf Məmmədov (2678) 0,5:0,5

David Navara (2726) - Qədir Hüseynov (2647) 0,5:0,5

Markus Ragger (2659) - Eltac Səfərli (2632) 0,5:0,5

Krişnan Şaşikiran (2677) - Nicat Abbasov (2587) 1:0

Viktor Lazniçka (2654) - Azər Mirzəyev (2555) 0,5:0,5 

 

 

KAÇ-2017: QADINLAR, VII TUR

 

Odlar Yurdu (AZE) - Mərmərə (TUR) 2,5:1,5

Zeynəb Məmmədyarova (2298) - Duru Okuyaz (2233) 0,5:0,5 

Ülviyyə Fətəliyeva (2348) - Sila Çağlar (2153) 0,5:0,5 

Gülnar Məmmədova (2385) - Sude Hereklioğlu (2165) 0,5:0,5 

Xanım Balacayeva (2319) - Ece Özbay  (1998) 1:0