Azərbaycan badmintonçusu finalda - III MDB Oyunları

ESTAFET/ III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar davam edir.
Azərbaycanlı idmançı Leyla Camalzadə fərdi yarışlarda belaruslu Mariya Vajnikə qalib gələrək finala vəsiqə qazanıb.
Oktyabrın 5-də keçiriləcək final qarşılaşmasında badmintonçumuzun rəqibi rusiyalı Marina Tarasova olacaq.
