Sərbəst güləşçilər 14 medalla kifayətləndilər - III MDB Oyunları

ESTAFET/ Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sərbəst güləş yarışlarına yekun vurulub.
Yarışın ikinci günündə oğlanlar arasında 48 kq, 55 kq, 65 kq, 80 kq və 110 kq, qızlar arasında isə 43 kq, 49 kq, 57 kq və 65 kq çəki dərəcələrində mübarizə aparılıb.
Azərbaycanı təmsil edən 9 güləşçidən 7-si medal qazanıb. Rəvan Həsənzadə (48 kq) çempion olub. Hüseyn İsmayılov (65 kq) və Əli Hacıyev (80 kq) gümüş medal, Xadicə Qurbanzadə (49 kq), Esra Məmmədli(65 kq), İbrahim Süleymanov (55 kq), Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıblar.
Xatırladaq ki, sərbəst güləşçilərimiz yarışların ilk günündə də eyni sayda və əyarda medal qazanmışdılar.
